Türkiyə Almaniyadakı səfirini geri çağırıb

Türkiyə Almaniyadakı səfirini geri çağırıb

Almaniya Federal parlamentinin 1915-ci il hadisələrini “soyqırım” olaraq tanıması Türkiyə tərəfindən reaksiyasız qalmadı.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, belə ki, Rəsmi Ankara Berlindəki səfiri Hüseyin Avni Karslıoğlunu geri çağırıb. Bəzi mənbələr bildirir ki, səfiri məsləhətləşməyə çağırıblar. Ancaq Türkiyəninn daha əvvəl soyqırımı tanıyan ölkələrə verdiyi reaksiyanı nəzərə alsaq səfirin biletinin “gediş-dönüşlü” olacağı ehtimalı böyükdür.

Qeyd edək ki, Almaniya uydurma “erməni soyqırımı”nı tanıyan 30-cu ölkə oldu.

0
15