Rusiyada sosial şəbəkələrdə təhqirə görə cərimə tətbiq ediləcək

Rusiyada sosial şəbəkələrdə təhqirə görə cərimə tətbiq ediləcək

İddiaçı özü barəsində məlumatların yayılması faktını da sübuta yetirməlidir.

Rusiyada sosial şəbəkələrdə təhqir və istehza faktlarını (istifadəçilər bunu “trollinq” adlandırır) təsdiq edən yazışmaların skrin-şotlarını təsdiq etmək hüququ əldə edib və bu sənəd məhkəmə prosesinin başlaması üçün əsas ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiya Federal Notarial Palatasından (FNP) bildiriblər.

FNP nümayəndələrinin sözlərinə görə, sənəd iddiaçıya dəyən mənəvi zərərə görə təzminat almaq hüququ əldə etmək üçün lazımdır.

FNP nümayəndələrinin sözlərinə görə, rusiyalılar istər öz, istərsə də üçüncü şəxs barədə informasiyanı təsdiq edərək, daha sonra isə notarial qaydada təsdiqlətdirərək bu sənədi məhkəmədə sübut qismində istifadə edə bilər.

İddiaçı onu təhqir edən şəxsdən minimum 15 min rubl tələb edə bilər. İddianın maksimal məbləği qanunvericilik ilə müəyyənləşdirilməyib, onu istənilən səviyyədə təyin etmək olar.

Hüquqşünasların sözlərinə görə, bu məsələdə məhkəmə təcrübəsi birşəkillidir və iddiaçıların xeyrinə yönəlir.

Hüquqşünaslar yeniliyi dəlillərin təmin edilməsi sahəsində notariusun səlahiyyətlərinin məntiqi genişləndirilməsi hesab edirlər. Onların fikrincə bu, ayrı-ayrı vətəndaşlardan başqa, eləcə də bir çox şirkətlər tərəfindən bəyəniləcək, axı “trollinq” həm də şirkətin işgüzar nüfuzuna da istiqamətlənə bilər.

Məhkəmə prosesini udmaq üçün skrin-şotla yanaşı, səhifənin konkret şəxsə mənsub olduğunu sübut etmək, cavabdehlərin əhatəsini müəyyən etmək lazımdır.

Bundan başqa, istifadəçi özü barəsində məlumatların yayılması faktını da sübuta yetirməlidir.

0
18