İŞİD siqaret satıcılarını edam etdi

İŞİD siqaret satıcılarını edam etdi

Altı nəfər insanların gözü önündə güllələnib.

“İslam dövləti” (İŞİD) ekstremist təşkilatı dünən siqaret satışına aidiyyatı olan altı nəfəri edam edib.

Oxu.Az bu barədə ABNA News-a istinadən xəbər verir ki, yerli polis şübhəliləri saxladıqdan sonra şəriət məhkəməsi İŞİD xilafətinin qaydalarını pozanlara ölüm hökmü çıxarıb.

Edam Ninava əyalətinin şimali-qərbində Mosul şəhərində baş tutub. Altı nəfər şəhərin meydanında insanların gözü qarşısında güllələnib. Daha sonra onların cəsədləri Mosulda Əl-tib əl-Adli xəstəxanasına aparılıb.  

İŞİD-in nəzarət etdiyi ərazidə siqaret çəkmək və tütün məhsullarının satışı qadağandır. Qaydaları pozanlar sərt cəzalara məruz qalırlar, bu şəxslər əsasən edam edilirlər.

0
16