Müğənni Nazənin yeni klipini təqdim edib, qalmaqaldan danışdı - VİDEO

Müğənni Nazənin yeni klipini təqdim edib, qalmaqaldan danışdı - VİDEO

Müğənni Nazənin yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyədə lentə aldırdığı “Ay ürəyim” adlı mahnının klipi hazırdır: “Əslində “Ay ürəyim” adlı mahnı mənim yaradıcılığımda xüsusi bir yer tutur. Çünki bu bəstə digər mahnılarım kimi çıxdığı gündən sevilməyə başladı və mənə uğur gətirdi. Hara getdimsə məndən bu mahnını oxumağımı istədilər. Bu mahnının “Youtube” şəbəkəsində də dinlənmə sayı milyonları keçib və rekordları qırır. Bütün bunları gördükdən sonra mahnıya klip çəkdirmək qərarına gəldim. Çəkiliş üçün məkan olaraq Türkiyəni seçdik. Çəkilişlərimiz, klipin hazırlanması müəyyən səbəblərdən xeyli vaxt apardı. İndi bəzi insanlar bu klipə baxıb, irad bildirəcək. Düşünürəm ki, tənqid də olmalıdır. Amma sağlam tənqid olmalıdır. Müğəninin işi mahnı oxuyub, klip çəkdirməkdir. Zaman-zaman adımı şou-biznesin əsassız qalmaqallarında hallandırdılar. Amma bu cür hallarda məni ruhdan salmır. Çünki daim bütün diqqətim yaradıcılığımda olur”.

Qeyd edək ki, “Ay ürəyim” adlı bəstənin söz və musiqisi Sevinc Mansurovaya məxsusdur. Klipin rejissoru Zorik (Zöhrab Ağayev) , operatoru Uğur Kavuç, montajı Rəşad Həsənov, prodüseri Pərviz Fəqandır. Nazəninin imici üzərində isə Pərviz Mirzəyev çalışıb.

0
26