OPEK neft bazarında çətin dövrün başa çatdığını bəyan etdi

OPEK neft bazarında çətin dövrün başa çatdığını bəyan etdi

Neft ixrac edən ölkələr neft hasilatının “yeni tavanını” müzakirə etmək niyyətindədirlər.

Neft bazarında çətin dövr geridə qalıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə OPEK-in rəhbəri Abdulla Salam əl-Bədri bildirib. 

“Neft bazarı, qiymətlər yaxşılaşır, düşünürəm ki, çətin dövr başa çatdı, indi daha yaxşı qiymət gözləyirəm”, - o, jurnalistlərə OPEK-in Vyanadakı iclası başlamazdan əvvəl deyib.

Neft ixrac edən ölkələr neft hasilatının “yeni tavanını” müzakirə etmək niyyətindədirlər. Ehtimal edilir ki, neft hasilatını sutkada 32,4 milyon barel göstəricisi ilə məhdudlaşdıraq.

0
16