Rövnəq Abdullayev: 60 milyon dollara qənaət etmişik

Rövnəq Abdullayev: 60 milyon dollara qənaət etmişik

“Dünyanın ən müasir qurğularından biri Azərbaycandadır”.

Xəzərdə yeni qazma qurğusunun tikintisi üzrə heç bir gecikmə yoxdur və o, 2017-ci ilin axırına artıq hazır olacaq. İşlərin 95%-i başa çatıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.

R.Abdullayev qeyd edib ki, tikinti üzrə xərclərə təxminən 60 milyon dollar qənaət edilib.

“Dünyanın ən müasir qurğularından biri artıq Xəzərdə, Azərbaycandadır”, - deyə SOCAR prezidenti əlavə edib.

0
16