Çinin CNPC şirkəti Azərbaycanın layihəsinə qoşula bilər

Çinin CNPC şirkəti Azərbaycanın layihəsinə qoşula bilər

“Onlar bu layihədə həm investor, həm də payçı olacaqlar”.

Dünyanın ən böyük layihələrini Azərbaycan həyata keçirir. Bu, qürurvericidir.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.

O əlavə edib ki, bu gün Çinin neft-qaz sənayesində böyük təcrübəsi olan Çin Milli Neft Koorporasiyası (CNPC) ilə SOCAR-ın Neft-qaz emalı və neft-kimya kompleksi layihəsində (OGPC) iştirakı məsələsi gündəmdədir və onlar ilə danışıqlara başlanılıb.

R.Abdullayev qeyd edib ki, onlar bu layihədə həm investor, həm də payçı qismində çıxış edəcəklər:

“Biz onların qarşısında layihənin maliyyələşdirilməsinin Çin bankları və “Eximbank”ın həyata keçirməsi ilə bağlı təklif vermişik. Onlar bu layihədə həm investor, həm də payçı olacaqlar”.

O, həmçinin əlavə edib ki, layihənin maliyyələşdirilməsi həcmi ilə bağlı dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, dünən hər iki tərəfin iştirakı ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

0
35