"Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik" -Samir Şərifov

"Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik" -Samir Şərifov

Samir Şərifov deyib.

Nazir xatırladıb ki, bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir: "Çünki, bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz, bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə, beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur. Bankın özəlləşdirilməsi ilə bağlı ilkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu işlər Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir. Sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılır. Bu çıxarılma da əsasən həmin problemli aktivlərin və həmin aktivlərlə bağlı girovların və girovlarla bağlı tələb hüquqları başqa bir quruma - "Aqrarkredit" QSC-yə satılır. "Aqrarkredit" tərəfindən bunlar alınaraq həmin problemli aktivlərin, belə deyək, idarə edilməsi həyata keçirilir və orada bunların satışı da nəzərdə tutulur. Bu işlər müəyyən bir vaxt aparacaq. Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə bankın özəlləşdirməyə açıq olması mümkün olacaq".

0
31