Xalq ordusu üçün 1 aya 1 milyon manat topladı

Xalq ordusu üçün 1 aya 1 milyon manat topladı

Dollar və rubl hesablarında artım qeydə alınmayıb.

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, prezident İlham Əliyevin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2016-cı il tarixədək 74 milyon 219 min 200 manat, 212 min 373 dollar, 3293 avro və 5000 rubl vəsait daxil olub.

Qeyd edək ki, mayın əvvəlinə bu göstəricilər 73 milyon 95 min 369 manat, 212 min 373 dollar, 2993 avro və 5000 rubl təşkil etmişdi.

Beləliklə, ötən ay dollar və rubl hesabları üzrə göstəricilər dəyişməyib, manat hesabı 1 milyon 123 min 830 manat, avro hesabı isə 300 avro artıb.

0
13