Yüksək rütbəli hərbçi rüşvət alarkən yaxalandı - Ermənistanda

Yüksək rütbəli hərbçi rüşvət alarkən yaxalandı - Ermənistanda

Ermənistanda yüksək rütbəli hərbçi həbs olunub.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanın Maştots rayonunun hərbi komissarlığının şöbə rəisi, podpolkovnik Şant Avetisyan 5 min dollar rüşvət alarkən saxlanılıb.

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiq edib. O bildirib ki, əməliyyatı Ermənistan Müdafiə Nazirliyi Hərbi polisinin operativ qrupu həyata keçirib.

0
20