Xoşqədəm: Bu sevgini hər kəs anlamır – FOTO

Xoşqədəm: Bu sevgini hər kəs anlamır – FOTO

“Sən demə, eşq təkcə mahnılardakı deyilmiş”.

Ötən ay əkiz anası olan telejurnalist Xoşqədəm Hidayətqızı İnstaqram hesabında növbəti dəfə körpələrindən yazıb.

Oxu.Az xəbər verir ki, aparıcı oğullarından birinin özünə bənzədiyini vurğulayıb.  

“Arda Aslan anasına bənəzəyir, idmansız saniyəsi yoxdur”,-deyə X.Hidayətqızı bildirib.

Uşaqlara olan sevgisindən bəhs edən teleaparıcı bunları qeyd edib:

“Sən demə, eşq təkcə mahnılardakı deyilmiş. Başqa bir eşq - körpə eşqi də var imiş. Təəssüf ki, bu sevgini hər kəs anlamır. Görəsən, körpələrini küçələrə atan analar niyə bu sevgidən məhrum olublar? Anlaya bilmirəm, analar körpələrini necə küçəyə ata bilirlər? Allah körpələrimizi qorusun”. 

0
35