Bakıda qardaşın üzərinə silah çəkib bacısını aparmaq istədilər

Bakıda qardaşın üzərinə silah çəkib bacısını aparmaq istədilər

Səs-küy yarandığı üçün həmin şəxs ərazini tərk edib.

Bakıda silahlı hücum olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. 

Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada Kalina” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib. 

Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

0
27