İranla ticarət dövriyyəsi kəskin artdı

İranla ticarət dövriyyəsi kəskin artdı

“Bu, ölkə Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır”.

Azərbaycan və İran arasında möhkəm hüquqi baza yaradılıb. İqtisadiyyatın bir sıra sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir.

2016-cı ilin ötən dövründə ticarət dövriyyəsinin həcmi 30% artıb. 

Oxu.Az-a İqtisadiyyat nazirliyindən verilən məlumata görə, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur ilə görüşü zamanı bildirib.

“Hazırda kənd təsərrüfatı, turizm, bankçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür.

Ölkələrimiz arasında əməkdaşlığın vacib istiqamətlərindən olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək”, - deyə nazir əlavə edib.

Öz növbəsində, İ.Rəhimpur ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İranın Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Ülviyyə R. Əli
www.oxu.az

0
13