Bakıda IV Milli Marketinq Forumu keçirildi

Bakıda IV Milli Marketinq Forumu keçirildi

Marketinq sahəsindəki yeniliklər müzakirə edilib.

Bakıda IV Milli Marketinq Forumu (#MMF2016) keçirildi.

27-28 may tarixlərində “CinemaPlus” kinoteatrında “Böhrandan yeni dövrana” şüarı altında marketerlərin 4-cü forumu keçirildi. Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.

Builki forumda Böhran dövründə marketinq strategiyası, Marketinq kommunikasiyaları, Bloqçuluq və Rəy liderliyi, Milli keyslər, Rəqəmsal marketinq, Şəxsi brendinq panelləri üzrə 31 nəfər spiker öz təcrübəsini iştirakçılarla paylaşdı.

Toplam 400 nəfərədək marketinq mütəxəssisinin iştirak etdiyi forumda yerli bazarda baş verən dəyişikliklər, marketinq sahəsindəki yeniliklər və yeni dövran üçün həllər müzakirə edildi.

Tədbirdə MMF2016-ya özəl hazırlanmış “Böhrandan yeni dövrana” və “Rəqəmsal Marketinq – Bələdçi” kitablarının təqdimatı oldu.

MMF həmtəsisçisi Anar Bayramov deyir ki, “MMF ölkənin marketinq sevərlərini birləşdirən 1 nömrəli hadisə olduğunu bir daha sübut edib. Hər il bütün marketerlər may ayını, növbəti MMF'i gözləyir ki, bu da bizim üzərimizə əlavə məsuliyyət qoyur”.

Forumun keçirilməsində məqsəd ölkədə marketinq və biznesə marağın daha da artırılması, milli şirkətlərimizin təcrübələrinin paylaşılması üçün ortaq mühitin yaradılmasıdır.

MMF-dən olan şəkillər və videolar qısa zaman ərzində iştirakçılarla aşağıdakı ünvanlarda paylaşılacaqdır.

www.millimarketinqforumu.com 
https://www.facebook.com/MilliMarketinqForumu 
twitter: #mmf2014 

IV Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:
Təşkilatçı: Marketinq Azərbaycan 
Kreativ tərəfdaş: McCann Baku 
İnformasiya tərəfdaşı: Oxu.Az və 107.7 Avto FM
Texniki dəstək: Azerizone
Çap və Promo dəstəyi: Antaris
Dəstəkçilər: Facemark.az, FMR TV, Marketing AİR, New Media, Admedia, VITAM, Times Consulting, İNNAB, +More, İdeal dizayn, Özsüt, Konsis, Cinema Plus, İB Club.

0
24