Bakıda iki küçədə hərəkət qismən məhdudlaşdırılır

Bakıda iki küçədə hərəkət qismən məhdudlaşdırılır

Alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu barədə Oxu.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, bu gün saat 11:00-dan etibarən Nərimanov rayonu Əliyar Əliyev, axşam saat 23:00-dan isə Ağa Nemətulla küçələrində rənglənmə işləri aparılacaq.

Bir-neçə saat ərzində davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

0
11