Azərbaycanlı uşaqlar internetdə nəyə baxırlar?

Azərbaycanlı uşaqlar internetdə nəyə baxırlar?

Şirkət təhlükələr barədə xəbərdar edib.

“Kaspersky Lab” şirkəti Azərbaycanda son 1 ildə uşaqların veb-saytlara girişini araşdırıb. Araşdırmanı şirkətin “Kaspersky Security Network cloud” servisi aparıb.

Oxu.Az-ın “Azadlıq Radiosu”na istinadən verdiyi xəbərə əsasən, şirkət 1 iyun - Dünya Uşaqları Müdafiə Günündə araşdırmanın nəticələrinə söykənən “Azərbaycanda uşaqlar internetdə nə ilə məşğuldurlar?” adlı sənəd açıqlayıb.

Şirkətin açıqlamasına görə, azərbaycanlı uşaqlar son 12 ayda internetdə daha çox (73,65 faiz) internet-kommunikasiya vasitələrini axtarıblar.

Son 12 ayda uşaqların 6,66 faizi kompüter oyunları, 5,83 faizi alkoqol, tütün, narkotik maddələr, 1,70 faizi elektron ticarət məzmunlu bilgiləri axtarıblar.

Sorğuların 1,36 faizi porno və erotika, 0,98 faizi ədəbsiz leksika, 0,34 faizi iş axtarışı, 0,21 faizi qumar oyunları, 0,20 faizi silah, 0,17 faizi zorakılıqla bağlı olub.

Şirkət uşaqları təhlükələr barədə xəbərdar da edib. Arzuolunmaz kontent, sosial şəbəkələrdə tanımadıqları pisniyyətli şəxslərlə ünsiyyət, düşünülməmiş onlayn alış-veriş, internet-asılılıq təhlükələr sırasında əsas qeyd edilir.

0
34