David Məmmədov: SOCAR Rusiya limanından neft ixracını azaltmayıb

David Məmmədov: SOCAR Rusiya limanından neft ixracını azaltmayıb

“İxracın səviyyəsi ay, rüb içərisində dəyişir”.

Mətbuatda gedən məlumata görə, Dövlət Neft Şirkəti (SOCAR) cari ilin may ayında Rusiyanın Novorossiysk limanından xam neft ixracını keçən dövrlə müqayisədə 2 dəfə azaldıb. Fakta baxanda bu düzgün, kökünə baxanda isə yanlış məlumatdır.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti David Məmmədov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə birillik müqavilə bağlanır və bazardan asılı olaraq, ixracın səviyyəsi də ay, rüb içərisində dəyişir:

“Bu gün neftin ixracı bizim emal səviyyəsindən, emal səviyyəsi də daxili tələbatdan asılıdır. İxrac müqaviləmiz Rusiya ilə birillik bağlanır. İl çərçivəsində Rusiyanın və SOCAR-ın imkanlarından asılı olaraq, rəqəmlər ay, rüb arasında dəyişir. Ola bilər ki, bir ay daha az, digər ay isə daha çox xam neft ixrac edilsin.

Məsələn, bu ay Rusiya limanından daha az xam neft ixrac edilib, növbəti ay bu daha çox olacaq. Bu isə qeyd etdiyim kimi, bazar ilə bağlıdır. Rəqəmlərdə ay içərisində dəyişiklik o demək deyil ki, artıq SOCAR Rusiya kimanından xam neft ixracını kəskin azaldıb, artıq fəlakətdir”.

Vitse-prezident həmçinin əlavə edib ki, bu il Rusiya limanından xam neft ixracı ötən illə müqayisədə praktiki olaraq eyni səviyyədədir.

0
18