“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi – FOTO

“Qarabağ”ın məşhur futbolçusu Reynaldo qəza törətdi – FOTO

Hadisə Aqreste ştatında baş verib.

“Qarabağ”ın futbolçusu Reynaldo Silva vətəni Braziliyada qəzaya düşüb.

Oxu.Az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, bu barədə “Globo” məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün Aqreste ştatında baş verib. 

Doğma şəhərində dincələn hücumçu şəxsi “Chevrolet Camaro” markalı avtomobili ilə hərəkətdə olarkən motosikli vurub. Nəticədə velosipedin sürücüsünün sol ayağı qırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti sabit qiymətləndirilir.    

Reynaldo hadisədən sonra zərərçəkənə köməklik göstərib və polis gələnədək gözləyib. Onun içkili olmadığı da müəyyənləşib. 

Qeyd edək ki, Reynaldo “Qarabağ”da 2013-cü ilin qışından çıxış edir. 

0
18