"Azərbaycan neftdən asılılığı azaltmağa nail olur" -Natiq Əliyev

"Azərbaycan neftdən asılılığı azaltmağa nail olur" -Natiq Əliyev

"Dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək".

"Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır: "Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi aşağı düşəcək".

Yaranmış vəziyyətin Azərbaycana təsirindən danışan nazir qeyd edib ki, bu proseslərin ölkəmizə təsiri minimumdur. "Azərbaycan neftdən asılılığı azaltmağa çalışır və biz buna nail oluruq", - deyə N. Əliyev qeyd edib.

0
15