Qəzaya uğramış Misir təyyarəsi ilə bağlı yeni məlumat

Qəzaya uğramış Misir təyyarəsi ilə bağlı yeni məlumat

May ayında qəzaya uğrayan “Egypt Air” aviaşirkətinə məxsus “Airbus” A 320 təyyarəsi qəza baş verməmişdən bir sutka əvvəl 3 dəfə təcili eniş edib.

APA-nın məlumatına görə, bu barədə “France 3” telekanalı xəbər verib.

Uçuş zamanı göyərtədə ştatdankənar vəziyyət Eritreyanın paytaxtı Asmera, habelə Tunis və Misirdən havaya qalxan zamanı baş verib. Onların səbəbləri barədə məlumat veriımir.

Paris-Qahirə marşrutu üzrə uçan “EgyptAir” aviaşirkətinə məxsus təyyarə mayın 19-da Aralıq dənizində, İsgəndəriyə şəhərindən 290 km şimalda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər olub. Bir gün sonra təyyarənin qalıqları, sərnişinlərin meyitləri və şəxsi əşyalarının tapıldığı barədə məlumat yayılıb. Hadisə ilə bağlı bir neçə versiya nəzərdən keçirilir. Təyyarənin terror hücumu nəticəsində vurulması ehtimalı da mövcuddur.

0
14