Azərbaycanda valideynləri evdən qovdu - Türkiyədə evlilik proqramına qatıldı

Azərbaycanda valideynləri evdən qovdu - Türkiyədə evlilik proqramına qatıldı

Azərbaycanda valideynləri tərəfindən evdən qovulan İlhamə adlı 33 yaşlı xanım Türkiyənin “ATV” kanalında yayımlanan “Esra Erolda” adlı evlilik proqramına qatılıb.

Lent.az-ın “qafqazinfo”-ya istinadən məlumatına görə, Şenol adlı bəyə elçi düşən gəlin namizədi ata-anası tərəfindən ailə qurmadığı üçün həmişə şüddət gördüyünü, təhqir olunduğunu, evdən qovulduğunu, buna görə də evlilik verilişinə müraciət etdiyini söyləyib.

Aparıcı Esra Erol isə valideynlərinin söz haqqı olduğunu xatırladaraq onların proqramla canlı əlaqə saxlaya biləcəklərini, İlhamə adlı xanımın dediklərinin onun iddiası olduğunu, hadisənin təfərrüatarını öyrənmədən bunu təsdiqləyə bilməyəcəklərini söyləyib.

Verilişdə 43:38-ci dəqiqədən həmin görüntüləri izləyə bilərsiniz.

0
21