Rusiya Dövlət Dumasının sədri həmyerlimizi mükafatlandırdı

Rusiya Dövlət Dumasının sədri həmyerlimizi mükafatlandırdı

Rusiyadakı Azərbaycan diasporunun tanınmış fəalı Araz Mürsəliyev Rusiya Dövlət Dumasının ali mükafatına layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Federasiyası Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsinin Ekspertlər Şurasının və Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini Araz Mürsəliyev Rusiya parlamentinin aşağı palatasının sədri Sergey Narışkin tərəfindən "Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına verdiyi töhfələrə görə" fəxri fərmanı ilə təltif edilib.

Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurası və Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsinin iyunun 1-də keçirilən birgə iclasında Dövlət Dumasının ali mükafatı olan "Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına verdiyi töhfələrə görə" fəxri fərmanı həmyerlimiz Araz Mürsəliyevə təqdim edilib. Ali mükafatı A. Mürsəliyevə Rusiya Dövlət Dumasının sədrinin birinci müavini İvan Melnikov təqdim edib.

İclasda çıxış edən Araz Mürsəliyev onun fəaliyyətinə verilən qiymətə görə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə, sədrin birinci müavini İvan Melnikova və Millətlərlə İş üzrə Komitəsinin sədri Hacımət Səfərəliyevə təşəkkürünü bildirib.

0
13