ABŞ-da ağır qəza: 20 yaralı

ABŞ-da ağır qəza: 20 yaralı

ABŞ-da ağır yol qazası baş verib.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, Xyuston şəhərində (Texas ştatı) avtomobillə avtobusun toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.

Bildirilir ki, zərbənin gücündən sərnişin avtobusu idarəetməni itirərək dirəyə çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılır. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

0
21