ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-da universitetdə atışma: 2 ölü

ABŞ-ın Los-Anceles şəhərində silahlı insident baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Kaliforniya Universitetində qeydə alınıb.

İlkin məlumata əsasən, naməlum silahlı təhsil ocağının ərazisində yerləşən yataqxanın qarşısında 2 nəfəri güllələyib. Ölənlərin kimliyi hələ ki, açıqlanmır. Hazırda yerli polis cinayətkarın axtarışı ilə məşğuldur.

0
24