Somalidə 10 nəfər terror aktının qurbanı olub

Somalidə 10 nəfər terror aktının qurbanı olub

Yaraqlıalar “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar.

Somalinin paytaxtı Moqadişoda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, yaraqlıalar əvvəl “Ambassador” hotelinin qarşısında minalanmış avtomobili partladıblar, sonra isə hotelə hücum ediblər.

Ölənlərin sayının artacağı istisna olunmur.

Terror aktına görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

0
18