Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etdi

Türkiyə Rusiya tırları üçün viza rejimi tətbiq etdi

“Bu addımı atmağa məcbur qaldıq”.

İyunun 1-dən etibarən Türkiyə sərhədini keçən Rusiya tırları mütləq qaydada viza almalıdırlar. 

Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Türkiyə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildiriblər.

“Türkiyə uzun müddət ərzində Rusiya tırları üçün viza rejimi tətbiq etmirdi, lakin Rusiya tərəfinin türk malları üçün sərhəddə nəzarət qaydaları gücləndirildikdən sonra iyunun 1-dən bu addımı atmağa məcbur olduq. Bununla belə, Rusiya təyyarəsinin vurulmasından əvvəlki dövrdə mövcud viza rejiminə qayıtmağa ümid edirik”, - assosiasiyanın nümayəndəsi deyib.

O qeyd edib ki, cari ilin əvvəlində Rusiya Türkiyə tırları da daxil omaqlar, birtərəfli qaydada viza rejimini tətbiq edib. Bu səbəbdən tırlar alternativ Xəzər marşrutundan istifadə edirlər.

0
21