Sekuta: Məqsədimiz hərtərəfli sülhə nail olmaqdır

Sekuta: Məqsədimiz hərtərəfli sülhə nail olmaqdır

ABŞ-ın Azərbaycandakı səfir açıqlama verib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu ay Azərbaycan ilə Ermənistan prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edib.

Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, o, jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ilə görüşüb. İyunun 2-də isə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərlə görüş keçirəcək.

“Bizim məqsədimiz Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticələrini daha da inkişaf etdirmək və hərtərəfli sülhə nail olmaqdan ibarətdir”, - deyə səfir vurğulayıb.

0
30