Bakı Təhsil İdarəsində işləmək istəyən gənclərin nəzərinə

Bakı Təhsil İdarəsində işləmək istəyən gənclərin nəzərinə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər idarənin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.

İntizamlı, xoşrəftar, kollektivdə işləmək bacarığı olan, kompüterdə işləməyi bacaran, xarici dil bilikləri olan, ali təhsilli və ya təhsil müəssisələrində son kurslarda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.

Könüllü əsaslarla işləmək arzusunda olan gənclər tərcümeyi halını konullu@baku.edu.gov.az ünvanına göndərməlidir.

Qeyd edək ki, könüllü kimi 3 ay müddətində işləyib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən sertifikat veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaq.

Mənbə:
0
11