22 yaşlı üç uşaq anası intihar etdi

22 yaşlı üç uşaq anası intihar etdi

Hadisə Alıbəyli kəndində qeydə alınıb.

Ağdamda intihar hadisəsi baş verib. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb. 

Həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Axundova İlahə Maşallah qızı həyətlərində olan yardımçı tikilidə özünü asaraq intihar edib.

Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini araşdırırlar.

0
18