SOCAR Rusiya limanından xam neft ixracını azaldıb

SOCAR Rusiya limanından xam neft ixracını azaldıb

Şirkət məlumat yaydı.

SOCAR bu ilin may ayında Novorossiysk limanından 79 963 ton xam neft ixrac edib.

Şirkətdən Oxu.Az-a verilən verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 2,12 dəfə azdır.

Bundan əlavə, Supsa limanından 264 min 748 ton, Ceyhan limanından 1 milyon 454 min 760 ton xam neft ixrac edilib.

Ümümilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 319 min 499 ton, Supsa limanından 1 milyon 40 min 947 ton, Ceyhan limanından 7 milyon 196 min 455 ton, Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac 

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

0
22