Basqal-Sulut yolunda 5 km-lik alternativ yol çəkilir – FOTO

Basqal-Sulut yolunda 5 km-lik alternativ yol çəkilir – FOTO

İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

İsmayıllı rayonu Basqal-Sulut yolunda baş vermiş sürüşmə ərazisinə alternativ yolun çəkilişi işlərinə başlanılıb.

Oxu.Az-a daxil olan məlumata görə, yeni yol hissəsi 5 km-lik ərazini əhatə edəcək və sürüşmə zonasından kənar keçəcək.

 İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün Basqal-Sulut yolunun 10-cu kilometrliyində qeydə alınmış sürüşmə nəticəsində yolun təqribən 100-150 metrlik hissəsi çöküb. Sürüşmə yolun keçdiyi dağ yamacında böyük bir ərazini əhatə edir.

Uzunluğu 13 km, eni isə təqribən 4-5 metr olan Basqal-Sulut yolu çınqıl örtüklüdür.

0
11