Türkiyəli müğənni Azərbaycanda albom buraxacaq

Türkiyəli müğənni Azərbaycanda albom buraxacaq

Azərbaycanda yaşayan türkiyəli opera sənətçisi Oya Ergün yeni albom buraxmaq niyyətindədir. İfaçının Lent.az-a verdiyi məlumata görə,  yeni albomda  Baroko dövrünün musiqiləri yer alacaq: "Bu il ərzində ansamblımla bir çox barok kons­ertləri verdik və ünvanımıza o qədər gözəl təriflər ald­ıq ki, bunu alboma çevirmək qərarını verdik".

Xatırladaq ki, ifaçı alboma "Baroque Lace" (Barok Dantel) adını verib. Sözügedən albom üzərində azərbaycanlı musiqiçilərdən ibarət ansamblı çalışıb.

Oya xanım deyir ki, yeni diskini mayın 23-də dünyasını dəyişmiş atasının doğum günündə dinləyicilərin ixtiyarına verməyi planlaşdırsa da, bəzi texniki problemlər üzündən gecikib: "İnşallah iyun ayının ortalarınd­a disk əlimizdə olacaq. Əminəm ki, bu albomum barokk musiqisinin heyranlarına sùrpriz olacaq".

0
26