Bakıda azyaşlı “polislər” sürücüləri saxladı – FOTO

Bakıda azyaşlı “polislər” sürücüləri saxladı – FOTO

Aksiya keçirilib.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi “Uşaqları yol qəzalarından qoruyaq!” devizi altında aksiya keçirib. 

Bakı Şəhər BPİ DYPİ İctimai Əlaqələr Bölməsi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildiribi ki, yol polisi, 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin və media nümayəndələrinin, “ASAN xidmət” mərkəzi əməkdaşlarının iştirakı ilə keçirilən layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intimzamını yüksəltmək olub. 

Aksiyada polis forması geyinən uşaqlar, “yol polisinin gənc köməkçiləri”, “ASAN Xidmət” Könüllüləri əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq, “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!”, “Yollarda başqalarının hüquqlarına hörmətlə yanaş” çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. 

Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq, onlara yol polisi əməkdaşlarının tövsiyyəsi ilə məsləhətlər veriblər.  

Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyyələr verilib. 

0
28