Balakəndə 50 yaşlı kişi özünü xəstəxana binasından atdı

Balakəndə 50 yaşlı kişi özünü xəstəxana binasından atdı

Hudulov dərhal əməliyyat edilib.

Balakəndə intihara cəhd olub.

Oxu.Az xəbər verir ki, şahidlərin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb. 

Xəstəxanadan bildirilib ki, Z.Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

0
21