Milyonçu sevgilisini öldürən modelə 15 il həbs cəzası kəsildi

Milyonçu sevgilisini öldürən modelə 15 il həbs cəzası kəsildi

Kukucova törətdiyi cinayətin izini itirməyə çalışıb.

Milyonçu ingilis sevgilisi Andrew Bushu öldürən slovakiyalı model Maria Kukucova 15 il həbs cəzasına məhkum edilib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, modelin üç dəfə açdığı atəşdən sonra Andrew Bush yerə yıxılıb. O, yerdə müdafiəsiz şəkildə uzanan sevgilisinə növbəti dəfə atəş açaraq onu qətlə yetirib.

Kukucovanın açdığı ilk atəş mərhumun qoluna, ikincisi başına, üçüncüsü isə alnının ortasına dəyib.

Kukucova izi itirmək üçün cinayət törətdiyi silahı sevgilisinin sol əlinə qoyub və avtomobilinə əyləşərək evi tərk edib.

Aytən Sadıqzadə

0
24