Aktyor arvadını qətlə yetirdiyini etiraf etdi

Aktyor arvadını qətlə yetirdiyini etiraf etdi

40 il müddətinə azadlıqdan məhrum edilə bilər.

“Qalxan” (“The Shield”) serialının aktyoru Maykl Ceys ikinci dərəcəli qətl törətdiyini etiraf edib. O, 2014-cü ildə həyat yoldaşı Eypril Ceysi mübahisə zamanı güllələyib.  

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Los-Ancelesdə baş tutuan məhkəmə zamanı Maykl sadəcə onu boşanma ilə hədələyən arvadını qorxutmaq üçün onun ayağına atəş açmaq istəyib. Həyat yoldaşının ayağından iki dəfə güllələyib və onu kürəyindən vurduğu güllə ilə öldürüb.
 
Ağırlaşdırıcı amil isə hadisə zamanı onların iki oğlunun evdə olmasıdır. Törətdiyi əməldən sonra Maykl arvadının valideynlərinə məlumat verib və onlar 911-ə zəng ediblər.
 
Ceys etdiyi əməli təkzib etmək niyyətində olmayıb. Peşman olmasına baxmayaraq, o, 40 il müddətinə azadlıqdan məhrum edilə bilər.
 
Məhkəmədə son dinləmə iyunun 10-da olacaq. 

Aytən Sadıqzadə

0
31