"Formula 1"-in idmançılarına viza verilir

"Formula 1"-in idmançılarına viza verilir

"Formula 1" Avropa Qran Pri yarışında iştirak edəcək komandaların üzvləri və nümayəndə heyətləri bu gündən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 3 mart 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən, "Formula 1" Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il iyunun 1-dən 20-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

"Formula 1" yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab ediləcək.

0
6