Pele qazandığı hər şey satır:medallar, formalar, butslar...

Pele qazandığı hər şey satır:medallar, formalar, butslar...

Dünya futbolunun əfsanəsi Pelə medallarını satışa çıxardır.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Pele dünya kuboklarındakı medallarını, geyindiyi ayaqqabılarını, 60 illik futbol kariyerasında sahibləndiyi bütün əşyalarını satışa çıxardıb.

Ən baha qiymətə satışa çıxarılan əşyalar isə Pelenin  dünya kubokunda qazanılan 3 qızıl medalıdır. Onlar hər bir 200 min dollar olmaqla ümumilikdə 600 min dollardır.

Bütün bu əşyalar 7-9 iyun tarixlərində Londondakı Julien Auction House-da satışa çıxarılacaq. Hərraca internet vasitəsi ilə də qoşulmaq mümkün olacaq.

İki mindən çox əşyanın satılacağı hərracda ümumilikdə 5,1 milyon dollar gəlir əldə edilməsi gözlənilir.

Pele açıqlamasında qazanılacaq pulun bir hissəsini futbola başladığı Santos şəhərinə, bir qismini isə Pequeno Principe adlı uşaq xəstəxanasına bağışlayacağını deyib.

0
14