Aygün Kazımova buynuz çıxardı - FOTOLENT - VİDEO

Aygün Kazımova buynuz çıxardı - FOTOLENT - VİDEO


Xalq artisti Aygün Kazımova yaxın günlərdə “Orasına-burasına” adlı yeni mahnı təqdim edəcək. Lent.az-ın məlumatına görə, bəstənin söz və musiqisi Ceyhun Əliyevə, aranjemanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa məxsusdur.

Təqdim olunacaq mahnı üçün Aygün Kazımova fotoqraf Kamran Aydınovun kamerası qarşısına keçib və fərqli fotosessiya etdirib. A.Kazımovanın saç düzümü üzərində Umud Qasımov işləyib, baş aksessuarlarının müəllifi isə  Dmitriy Turcandır.

Xalq artistinin stilinin üzərində isə Ruxa işləyib.

Aygün Kazımovanın fotosessiya üçün etdirdiyi tatuların müəllifi Əhməd Məmmədzadə, videoqrafika Nicat Fərəcova aiddir.

0
19