Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, yağış gözlənilir.

Bakıda və Abşeron yarımadasında iyunun 02-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən bildiriblər.

Azərbaycanın rayonlarında iyunun 01-i axşamdan 03-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

0
13