Tünzalə Ağayeva “Formula-1” yarışına mahnı həsr etdi – VİDEO

Tünzalə Ağayeva “Formula-1” yarışına mahnı həsr etdi – VİDEO

Mahnının musiqisi müğənninin özünə aiddir.

Avropa Qran Prisinin rəsmi səfiri, əməkdar artist Tünzalə Ağayeva ölkəmizdə ilk dəfə keçiriləcək “Formula-1” yarışına həsr etdiyi “Sürət” adlı mahnısını təqdim edib. 

Oxu.Az xəbər verir ki, mahnının musiqisi müğənninin özünə, sözləri İsmayıl Dadaşova, aranjimanı Emin Kərimova aiddir.

Tünzalə Ağayeva bəstəni “Səs Azərbaycan”nın iştirakçıları Samirə Əfəndiyeva, Emiliya Yaqubova, Şəhriyar Ramazanzadə və Ramail Babayev ilə birgə ifa edib.

0
10