Ermənistan və İran viza rejimini ləğv etməyə hazırlaşırlar

Ermənistan və İran viza rejimini ləğv etməyə hazırlaşırlar

Razılaşma ölkələr arasında gələcəkdə münasibətlərin inkişaf etdirilməsinə yönəlib.

Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, sənədin layihəsi Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.
Razılaşma ölkələr arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə yönəlib.

0
15