Səfir: Birləşmiş Krallığı Azərbaycanda təmsil etmək mənim üçün şərəfdir – VİDEO

Səfir: Birləşmiş Krallığı Azərbaycanda təmsil etmək mənim üçün şərəfdir – VİDEO

“Bizi bağlayan əlaqələrimiz möhkəmdir”.

Azərbaycanda Birləşmiş Krallığı təmsil etmək mənim üçün şərəfdir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Karol Krofts  videomüraciətində deyib.

Səfri iki ölkə arasındakı münasibətlərin 25 ili əhatə etdiyini qeyd edib.

“Bu müddətdə bir çox nailiyyət əldə etmişik. Bizi bağlayan əlaqələrimiz möhkəmdir və inkişaf edir. Mən davamlı inkişaf və qarşılıqlı faydalı münasibətlərin olmasına önəm verirəm. Məndən əvvəlki səfirlərin uğurlarına söykənərək Azərbaycan xalqı ilə birlikdə hər iki ölkə üçün çiçəklənən, stabil və təhlükəsiz gələcək yolunda işləməyimizi səbirsizliklə gözləyirəm", - deyə K.Krofts videomüraciətində bildirib. 

Qeyd edək ki, səfir müraciətini Azərbaycan dilində edib. 

0
20