"Rusiya iqtisadiyyatı hazırda 2004-2005-ci illərin səviyyəsinə düşüb"

"Rusiya iqtisadiyyatı hazırda 2004-2005-ci illərin səviyyəsinə düşüb"

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin sanksiya rejiminin  Rusiyanın ÜDM-nin ildə 0.8-1 faizədək azalmasına səbəb olduğunu bildirib.

Rusiyanın RNS-ə istinadən verdiyi xəbərə görə, Kudrin qeyd edib ki, Rusiyanın dünya bazarlarında və beynəlxalq kooperasiyada iştirakının genişləndirilməsi perspektivlərinə dair müşahidə olunan yüksək qeyri-müəyyənlik ölkəyə yeni investisiyaların cəlb olunmasını ləngidir.   

Sabiq maliyyə naziri əlavə edib ki, Rusiya iqtisadiyyatı rublun zəifləməsi səbəbindən 2004-2005-ci illərdəki səviyyəyə qayıdıb (milli valyutanın real kursunun göstəricisinə görə).

0
24