Kokainlə dolu qayıq saxlanıldı

Kokainlə dolu qayıq saxlanıldı

Kolumbiya polisi  göyərtəsində 650 kq kokain olan sürətli qayıq saxlayıb.

APA-nın “RİA  Novosti”yə istnadən verdiyi xəbərə görə, qayıq Karib dənizindəki San Andres adası yaxınlığında ələ keçirilib. Əməliyyat zamanı qayıqda olan Kolumbiyanın 3 və Qondurasın 1 vətəndaşı saxlanılıblar.

Müsadirə edilmiş narkotik vasitənin “qara bazarda” 20 milyon dollar dəyərində olduğu bildirilir. Cinayətkarlar narkotik vasitəni Qondurasa, oradan isə ABŞ-a keçirmək planlaşdırıblar.

0
17