ABŞ Rusiya ilə birgə araşdırma aparacaq

ABŞ Rusiya ilə birgə araşdırma aparacaq

ABŞ nümayəndələri Rusiya tərəfi ilə birlikdə Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsi endirənlərin müəyyənləşdirilməsi ilə məşğul olacaqlar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.  

“Atəşkəs rejimi çərçivəsində baş verənlərin araşdırılmasında biz Rusiya ilə sıx əməkdaşlığı davam etdirəcəyik”, - deyə o bildirib.  

Qeyd edək ki,  Suriyanın İdlib şəhərindəki xəstəxanaya hava zərbəsinin endirilməsi nəticəsində 28 mülki şəxs həlak olub. Hava hücumunun kim tərəfindən törədildiyi hələ də məlum deyil.

0
19