Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı

Rusiya aviasiyası İŞİD-in neft obyektlərini bombadı

Rusiyanın “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Suriyanın Rakka şəhəri yaxınlığındakı neft obyektlərini bombalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunmuş məlumatda bildirilir.

“Rusiya aviasiyası İŞİD terrorçularının iqtisadi bazasının sıradan çıxarılmasına dair tapşırıqları yerinə yetirməkdə davam edir. “SU-34” bombardmançı təyyarələri İŞİD terror qruplaşmasının  Rakka şəhərindən 42 km cənub-qərbdə yerləşən Ət-Taura yaşayış məntəqəsi yaxınlığındakı qeyri-qanuni neft obyektlərini məhv edib”, - deyə məlumatda qeyd olunur.    

0
22