Binada uçqun nəticəsində 2 nəfər öldü, 5 nəfər yaralandı

Binada uçqun nəticəsində 2 nəfər öldü, 5 nəfər yaralandı

Rusiyanın Kemerovo vilayətinin Mejdureçensk şəhərində beş mərtəbəli yaşayış binasının girişinin uçması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Kemerovo vilayətinin İstintaq Komitəsindən bildirilib.

Məlumata görə, xilasedicilər binanın sakinlərindən biti olan kişinin meyitini uçqun altından aşkarlayıblar. Bundan əvvəl yaşlı qadının meyiti dağıntılar altından çıxarılmışdır.

İlkin məlumata görə, uçqun altında qalanların hamısı artıq çıxarılıb. İnsident nəticəsində, ümumilikdə, 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Buna baxmayaraq xilasedicilər axtarış əməliyyatını davam etdirirlər. Binanın bütün sakinləri təxliyə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı Kemerovsk vilayəti üzrə istintaq idarəsi tərəfindən tikinti işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi başlanılıb.

İlkin məlumata əsasən, binanın birinci mərtəbəsində yerləşən mağazada təmir işləri görülüb. Təmir işlərinin uçquna səbəb olub-olmaması araşdırılacaq. Tikinti aparan şəxslər saxlanılıb.

0
21