Sevgilisini öldürən modelə 15 il həbs cəzası

Sevgilisini öldürən modelə 15 il həbs cəzası

Slovakiyalı model Mariya Kukuçova ingilis sevgilisi, milyonçu Endryu Buşu öldürdüyü üçün 15 il həbs cəzasına məhkum edilib.


 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmə prosesində hakim qərarını açıqlayıb. Sevgilisinə üç atəş açan M.Kukuçova onun yerə düşdüyü zaman müdafiəsiz qalmasına acımayıb. Sonuncü güllə ilə onu qətlə yetirən model 15 il azadlıqdan məhrum edilib. Bəlli olub ki, Kukuçova ilk atəşi sevgilisinin qoluna, ikinci atəşi beynin yan tərəfinə, üçüncüsünü isə alnının ortasına açıb.

Hakim Kukuçovanın polisləri çaşdırmaq üçün cinayəti törətdiyi tapançanı sevgilisinin sol əlinə qoyduğunu və avtomobilinə minərək, evdən ayrıldığını bildirib.

0
24