Çikaqoda 2 gündə 48 atışma

Çikaqoda 2 gündə 48 atışma

ABŞ-ın Çikaqo şəhərində Amerikalı Hərbçilərin Xatirəsi Günü qeyd olunduğu istirahət günləri ərzində atışma ilə müşayiət olunan 48 insident qeydə alınıb. APA-nın  “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, atışmalar zamanı 6 nəfər ölüb, 56 nəfər isə yaralanıb.

Məlumata görə, ötən ilki Xatirə Günündə 14 nəfər ölüb, 56 nəfər isə yaralanmışdı.

Havalar istiləşəndən sonra şəhərdə silahlı insidentlərin sayının xeyli artdığı bildirilir.

0
21